İdman 18:12 29.06.2022

"Neftçi"nin futbolçusu Tovuz klubunda

"Turan Tovuz" növbəti transferini reallaşdırıb. 
 
Qaynarinfo xəbər verir ki, klub Turan Vəlizadə ilə müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Neftçi”yə məxsus olan gənc futbolçu icarə əsasında 1 il Tovuz klubunun şərəfini qoruyacaq.
 
"Turan Tovuz" buna qədər "Şamaxı”dan ayrılan Kamal Bayramov, Tərlan Quliyev, Şəhriyar Əliyev, o cümlədən, "Sumqayıt”la vidalaşan Tərlan Əhmədlini və "Sabah"ın futbolçusları Şakir Seyidovla Veysəl Rzayevi də heyətinə qatıb.
 
Hər bir futbolçu ilə növbəti mövsümün sonuna qədər müqavilə bağlanılıb.
 
Səbuhi Həsənov