İdman 14:46 28.06.2022

"Neftçi"nin yeni baş məşqçisinin ferması var imiş

"Neftçi"nin yeni baş məşqçisi Laurentsiu Regekampfın həm də ferması var imiş.
 
Qaynarinfo xəbər verir ki, bu barədə mütəxəssis özü danışıb. O Rumıniya mətbuatına açıqlamasında bu işə az sayda ev heyvanı ilə başladığını, sonradan biznesin genişləndirdiyini deyib. 

"Bunu əvvəlcə özüm üçün yaratmışdım. Birləşmiş Ərəb Əmirliklərində işləyərkən çox yeyirdim. Analiz verdim və mənə sağlam qidalanmalı olduğumu dedilər. Bunu düşünərək ferma tikdirdim. Bundan sonra 94-95 kiloqramadək arıqladım. Əvvəlcə orada cəmi bir neçə toyuq, inək, donuz və qoyun var idi. İndi isə minə yaxın, bəlkə də daha çox heyvan var. Bura çox böyük təsərrüfat və həm də kəsimxanadır".

Yerli mətbuatın iddiasına görə, hazırda həmin ferma 47 yaşlı baş məşqçiyə yaxşı gəlir gətirir.

"Neftçi" Laurentsiu Regekampfla 2 illik müqavilə imzalayıb.
 
Səbuhi Həsənov