İdman 17:46 02.01.2024

“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu Braziliya klubuna keçdi

Azərbaycanda "Neftçi” və "Qarabağ”ın formasını geyinmiş Ailton Silva karyerasını ölkəsi Braziliyada davam etdirəcək.

"Report” xəbər verir ki, 28 yaşlı müdafiəçi bu ildən C Seriyasında çıxış edəcək.

Sol cinah oyunçusu "Amazonas” klubu ilə anlaşıb. Rusiyanın "Rodina” klubundan ayrıldıqdan sonra bir ilə yaxındır futbolsuz qalan Ailton "Amazonas”la bir mövsümlük müqavilə bağlayıb. Hazırda çempionatda üçüncü pillədə qərarlaşan komandanın hədəfi B Seriyasına yüksəlməkdir.

Qeyd edək ki, Ailton Silva 2015/2016 mövsümündə "Neftçi”nin, 2019/2020 mövsümündə isə "Qarabağ”ın formasını geyinib.