İdman 14:11 13.02.2023

Nənəsini görməyə getmişdi, zəlzələdə öldü

Türkiyənin Qadınlar Basketbol Super Liqası komandalarından "Çankaya Universiteti"nin oyunçusu Nilay Aydoğan dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Basketbol Federasiyası məlumat yayıb. Qadınlardan ibarət Türkiyə millisinin də üzvü olan gənc basketbolçu nənəsini ziyarətə getdiyi Malatyada zəlzələ qurbanı olub. Xilasetmə qrupu çökən binada çalışsa da, dağıntılar altında qalan 30 yaşlı Nilayı və nənəsini xilas etmək mümkün olmayıb.

Səbuhi Həsənov