İdman 10:48 31.03.2023

Neymar qumarda 1 milyon avro itirdi (VİDEO)

PSJ-nin braziliyalı ulduzu Neymar zədə üzündən oyunlara çıxmır.

Qaynarinfo xəbər verir ki, uzun müddətli zədə alan "sambaçı" əyləncə üçün başqa səbəblər tapıb. 

Əsas hobbilərindən biri poker olan braziliyalı boş vaxtlarında qumar oynamaqdan da çəkinmir. Futbolçu oynadığı qumarda 1 milyon avro itirib. Bu barəfə "Fotball Espana"da məlumat yer alıb. Hücumçu onlayn poker zamanı itirdiyi vəsaitdən sonra əvvəlcə zarafatla ağlasa da sonra gülməyə başlayıb.

1 milyonluq itkiyə reaksiyasından sonra futbolçunun görüntüləri sosial şəbəkədə birmənalı qarşılanmayıb.  

Səbuhi Həsənov