Xəbər lenti

Nümayəndələr Palatası Mayk Consonun istefası ilə bağlı təşəbbüsü rədd etdi
Dünya 12:30 09.05.2024

Nümayəndələr Palatası Mayk Consonun istefası ilə bağlı təşəbbüsü rədd etdi

ABŞ Nümayəndələr Palatası respublikaçı Merkuri Teylor Qrinin Nümayəndələr Palatasının spikeri Mayk Consonu vəzifəsindən kənarlaşdırılması tələbəni rədd edib. Palatanın 359 üzvü Qrinin təşəbbüsünün əleyhinə, 43-ü isə lehinə səs verib.

Bu barədə Qaynarinfo "Reuters"ə istinadən xəbər verir.

"Mən həmkarlarımın bu yanlış yönləndirilmiş səyi məğlub edə biləcəklərinə dair göstərdikləri inamı yüksək qiymətləndirirəm”, - səsvermədən sonra Conson deyib.

"Reuters” yazır ki, Qrin qətnamə layihəsini oxuyarkən səsvermə otağı "zarafat və alqışlara səbəb olub”. Demokratlar iclas zamanı Hakim Ceffrisin adını səsləndirərək, Nümayəndələr Palatasının sədri olaraq dəfələrlə ona səs verdiklərinə işarə ediblər. 

Xatırladaq ki, Merkuri Teylor Qrin mayın 2-də Mayk Consonun istefası ilə bağlı səsverməyə başlamaq niyyətində olduğunu açıqlayıb. O, hesab edir ki, Nümayəndələr Palatasının hazırkı sədri Konqresə Ukraynaya yardım haqqında qanun layihəsini qəbul etməyə icazə verməklə mühafizəkarlara xəyanət edib. Respublikaçılar partiyasının üzvləri Consonu vəzifəsindən kənarlaşdırmaq niyyətini dəstəkləməyiblər. 

"Reuters” xəbər agentliyi qeyd edib ki, Qrinin açıqlamaları prezidentliyə namizəd Donald Trampa "nadir hallarda respublikaçılardan itaətsizlik” nümayişidir. Tramp özü bir gün əvvəl bildirib ki, respublikaçılar istefaya səs verməməlidirlər, çünki "indi bunu etmək vaxtı deyil”.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->