Dünya 11:04 20.02.2024

Nüvə silahının Finlandiya ərazisindən daşınması parlament üzvlərini ikiyə böldü

Finlandiya parlamentinin bəzi üzvləri nüvə silahının ölkə ərazisindən daşınmasının əleyhinədir, bəziləri isə bunu dəstəkləyir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Yle” yazır.

Parlamentin müdafiə komitəsində oturan koalisiyaçılar, əsl finlər, mərkəzçilər və İsveç Xalq Partiyasının deputatları nüvə silahlarının Finlandiya ərazisindən tranzitinə icazə vermək üçün nüvə qanununun dəyişdirilməsini dəstəkləyirlər. Lakin SDP, Yaşıllar və Sol Qüvvələr İttifaqından olan deputatlar da buna qarşıdırlar.

Parlamentin müdafiə komissiyasının sədri Jukka Kopra hesab edir ki, müdafiə komissiyası və xarici əlaqələr komissiyası bu məsələyə "açıq və geniş şəkildə” aydınlıq gətirməlidir.

"Bu məsələ ilə bağlı Finlandiyanın mövqeyini formalaşdırmaq və bundan sonra lazımi nəticələr çıxarmaq lazımdır”, deyə o bildirib.

Parlamentin Müdafiə Komitəsinin üzvü Mika Kari (SDP) Finlandiyanın nüvə silahından çəkinən ölkə kimi hazırkı siyasətini yaxşı əsas adlandırıb:

"Nüvə təhlükəsi nöqteyi-nəzərindən müdafiəmizi qurmağımızın əsasını NATO-nun nüvə silahları ilə bağlı siyasəti təşkil edir ki, onlar hazırda bütün Avropada yerləşir, lakin Rusiya yaxınlığında deyil”.

Yada salaq ki, Finlandiyanın bu yaxınlarda seçilmiş prezidenti Aleksandr Stub seçkilərdən əvvəl zərurət yaranarsa, bütün ölkə ərazisində nüvə silahının hərəkətinə icazə verilməsinin tərəfdarı olduğunu bildirib.

Alpər