Dünya 18:35 15.05.2022

Ölən prezidentin nə qədər pulu var idi? - Dünyanın ən varlı adamlarından biri...

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Xəlifə bin Zayed Al Nəhyan mayın 13-də vəfat edib. O, uzun sürən xəstəlikdən sonra 73 yaşında dünyasını dəyişib. 

Artıq ötən gün ölkənin yeni prezidenti seçilib. Bu, Əbu-Dabi Əmirliyinin vəliəhdi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini, 61 yaşlı Şeyx Məhəmməd bin Zayed Al Nəhyandır. O, vəfat edən prezident Xəlifə bin Zayed Al Nəhyanın ögey qardaşıdır. 

Qaynarinfo xəbər verir ki, Xəlifə bin Zayed Al Nəhyanın 15 milyard dollar sərvətinin olduğu bildirilir. O, bu göstərici ilə dünyanın ən varlı adamları siyahısında yer alırdı.

Aydın