Dünya 15:42 14.01.2024

Ötən il Braziliyada 1961-ci ildən bəri ən isti il ​​olub

Braziliyada 2023-cü ildə tempratur orta hesabla 0,69 dərəcə Selsi yüksək olub ki, bu da 1961-ci ildən bəri ən yüksək göstəricidir. 

Qayanrinfo bu barədə TASS-a istinadən xəbər verir.

"2023-cü il Braziliyada 1961-ci ilə aid müntəzəm iqlim tədqiqatları tarixində ən isti il ​​olub", deyə məlumatda bildirilir.

Həmçinin qeyd edilir ki, 2023-cü ildə ölkədə 9-dan çox isti hava dalğası yaşanıb.

Daha əvvəl NASA-nın baş klimatoloqu Qavin Şmidt bildirib ki, ötən 2023-cü il müşahidələr tarixində ən isti il ​​olub. Dünyada anomal yüksək temperatur hələ kəşf olunmamış, lakin artıq baş verən bəzi yeni proseslərin mövcudluğuna işarə edir.

Mütəxəssis qeyd edib ki, 2023-cü il nəinki yeni temperatur maksimumları təyin edib, həm də əvvəlki rekordları görünməmiş fərqlə qırıb. Bu, qismən Sakit Okeanın mərkəzi hissəsinin istiləşdiyi El Nino fenomeninin təsiri ilə bağlıdır. Antropogen istixana qazları emissiyaları da öz töhfəsini verib. Bununla belə, elm adamları temperaturun niyə rəvan deyil, kəskin şəkildə yüksəldiyini hələ başa düşə bilmirlər.

Aydın