Dünya 21:42 30.04.2023

Özbəkistanın bütün ərazisində konstitusiya referendumunda səsvermə başa çatdı

Özbəkistan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda səsvermə bazar günü yerli vaxtla saat 20:00-da bütün respublika üzrə başa çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Ümumilikdə Özbəkistanda saat 8:00-dan 20:00-a qədər 10,7 mindən çox seçki məntəqəsi açılıb. Bundan əlavə, Özbəkistanın 39 xarici dövlətdəki diplomatik və digər nümayəndəliklərində 55 seçki məntəqəsi yaradılıb.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı son məlumata görə, saat 17:00-a referendumda seçici fəallığı 81,39% təşkil edib.