Ölkə 15:40 01.09.2022

Oğuzda dağlıq ərazidə yanğın başladı

Oğuz rayonunda dağlıq ərazidə yanğın başlayıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın rayonun şimal hissəsində yüksək dağlıq ərazidə qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Oğuz rayon dövlət yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən texnikası və xeyli sayda canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğın davam edir.