Dünya 18:06 16.06.2022

Olaf Şols Kremldən tələb etdi: Qəddarlığa son qoyun!

Rusiyanın Ukraynadakı ağılasığmaz qəddarlıq və mənasız zorakılıq müharibəsinə son qoyulmalıdır.

Qaynarinfo "The Guardian” qəzetinə istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şols Kiyev səfərindən dərhal sonra Twitter hesabında yazıb.

"İrpin də, Buça kimi, çoxdan rus müharibəsinin ağlasığmaz qəddarlığının, mənasız zorakılığın simvoluna çevrilib”,- Şols vurğulayıb.

"Bu şəhərdəki amansız dağıntılar bir abidədir - bu müharibə bitməlidir”,- o qeyd edib. 

Şols Ukrayna paytaxtına səfərə gedərkən alman mətbuatına bunları deyib: "Biz təkcə həmrəylik nümayiş etdirmək deyil, həm də əmin etmək istəyirik ki, təşkil etdiyimiz yardım - maliyyə, humanitar, o cümlədən silahlarla bağlı kömək davam etdiriləcək. Ukraynanın özünü Moskvadan qorumaq üçün mübarizə aparması lazım olduğu müddətcə bizdən yardım alacaqlar”.

Nurlan Hüseynov