Dünya 18:09 17.11.2022

Şolts Trampın ABŞ prezident seçkilərində məğlub olacağına ümid edir

Almaniya kansleri Olaf Şolts Donald Trampın 2024-cü il ABŞ prezident seçkilərində məğlub olacağına ümid edir.

Qaynarinfo bu barədə "Reuters”ə istinadən xəbər verir.

Onun sözlərinə görə, Trampın ABŞ prezidentliyinə namizədliyini elan etməsi onun ürəyini açmayıb. Xüsusən də respublikaçıların aralıq Konqres seçkilərindəki birmənalı hesab edilməyən nəticəsindən sonra.

"İndi ümid etmək olar ki, son seçkilərdə olduğu kimi, populizmə qarşı seçim də mümkün olacaq", deyə Şolts əlavə edib.

O, həmçinin qeyd edib ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden transatlantik müttəfiqliyi gücləndirən, Avropa ilə ABŞ arasında münasibətlərə dəyər verən ağıllı və təcrübəli siyasətçidir.

Xatırladaq ki, bir qədər əvvəl Trampın köməkçiləri 2024-cü il prezident seçkilərində iştirak etmək üçün sənədləri təqdim ediblər. Belə ki, əvvəllər Trampın siyasi təşkilatlarında çalışmış Bredli Kreyt "Donald J.Tramp 2024-cü ildə prezidentliyə” adlı komitə yaradılması üçün ABŞ Federal Seçki Komissiyasına sənədləri təqdim edib. Respublikaçı 2017-2021-ci illərdə prezident olub. 

Nizami Bağırov