Abşeronda icazəsiz işə getməsi səbəbindən həyat yoldaşını döyən kişiyə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1981-ci ildə Ağdam şəhərində anadan olmuş Elçin (şərti) xanımı Aynurəni (şərti) ondan icazəsiz işə getməsi səbəbindən döyüb.
O, yaranmış mübahisə zamanı xanımını saçından tutaraq yerə yıxıb, təpiklə qarın nahiyəsinə zərbə endirib. Aynurə bu barədə Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət edib.
Məhkəmənin qərarı ilə Elçin Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Əhməd
Şərhlər