Xəbər lenti

Oteldə zəhərlənənlərin vəziyyəti necədir?
Ölkə 16:16 08.05.2024

Oteldə zəhərlənənlərin vəziyyəti necədir?

Xəbər verdiyimiz kimi, mayın 6-da Bakının Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən "My Music" hotelində naməlum səbəblərdən 1998-ci il təvəllüdlü Kənan Mustafayev, 1993-cü il təvəllüdlü Orxan Əmirov dünyasını dəyişib, 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüdlü Xəzər Cabbarlı isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Qaynarinfo-ya açıqlamasında bildirib ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunan iki şəxsin müalicələri reanimasiya şəraitində davam etdirilir.

Onıarın vəziyyətləri ağır stabil qiymətləndirilir.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->