Ölkə 18:50 26.01.2020

Oğuzda baş verən yanğın söndürüldü (YENİLƏNİB)

Oğuz rayonunun Xalxal kəndi yaxınlığında dağlıq meşə ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən söndürülüb. 

ETSN-nin mətbuat katibi İradə İbrahimova "Report"a bildirib ki, yanğın ümumilikdə 1 hektara yaxın ərazini əhatə etsə də, 30 sot sahədə kol-kos və quru ot örtüyü yanıb.
 
 
****
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə, Oğuz rayonunun Xalxal kəndində, dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Qaynarinfo FHN-nin saytına istinadən xəbər verir ki, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri cəlb edilib.

İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə təqribən 1 ha sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.