Xəbər lenti

Şoyqu Rusiyanın Ukraynaya yeni hücuma başlamaq planlarından danışdı
Dünya 18:21 21.12.2022

Şoyqu Rusiyanın Ukraynaya yeni hücuma başlamaq planlarından danışdı

Rusuya Federasiyasının Müdafiə naziri Sergey Şoyqu Kremlin Ukraynaya yeni hücum planlarından danışıb.

Qaynarinfo xəbər verir ki, o, bunu Rusiya Müdafiə Nazirliyinin prezident Vladimir Putinin iştirakı ilə keçirilən iclasında həyata keçirilən səfərbərliyin vəzifələrindən danışarkən deyib.

Şoyqunun sözlərinə görə, rusiyalıların səfərbərliyi "vəziyyəti sabitləşdirmək, yeni əraziləri qorumaq və növbəti hücum hərəkətlərini həyata keçirmək” üçün həyata keçirilib.

Eyni zamanda Putin Rusiya ordusuna ümumilikdə 300 min nəfərin səfərbər edildiyini, onlardan 150 mininin poliqonlarda təlim keçdiyini bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->