Dünya 20:10 10.01.2023

Pakistan da Ukraynaya silah tədarükünə qoşuldu

Pakistan Kəraçi limanından Polşanın Qdansk limanına Ukrayna üçün nəzərdə tutulan 159 konteynerdən ibarət silah-sursat göndərməyi planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Economic Times” məlumat yayıb.

Mənbələrin nəşrə verdiyi məlumata görə, Vezuvi gəmisi 155 mm-lik mərmi, M4A2 yanacaq doldurucuları, M82 artilleriya primerləri və PDM qoruyucuları daşıyacaq. Bunların tədarükü ilə Pakistan silah təchizatçısı "DMI Associates" şirkətilə Şərqi Avropadakı müdafiə sənayesi şirkətlərilə əməkdaşlıq çərçivəsində baş verir. 

Bunun müqabilində Pakistan Ukraynanın Mi-17 helikopterlərinin modernləşdirilməsində, eləcə də 320 ədəd T-80UD tanklarının təmirində yardım gözləyir. Təyyarə mühərrikləri və sənaye dəniz qaz turbinləri istehsal edən Ukrayna şirkətinin Pakistan helikopterləri ilə məşğul olacağı gözlənilir.

Pakistan 6-15 avqust 2022-ci il tarixləri arasında Böyük Britaniya adından Ukraynaya silah təhvil verilməsində böyük rol oynayıb. Britaniya hərbi təyyarələri silahları Ravalpindidəki Nur Xan aviabazasından Rumıniyanın Avram İanku Kluj Beynəlxalq Hava Limanına daşıyıb və yük buradan Ukraynaya daşınıb. Daşınma üçün Britaniya Hərbi Hava Qüvvələrinə məxsus C-17A Globemaster III təyyarəsindən istifadə edilib. Ukrayna ordusu üçün əlavə təchizat da eyni şəkildə həyata keçirilə bilər.

Ukrayna və Pakistan arasında sıx hərbi və sənaye əlaqələri var. Pakistan 320-dən çox Ukrayna T-80UD tankını tam sursat və ehtiyat hissələri ilə alıb. 1991-2020-ci illər arasında Ukrayna Pakistanla təxminən 1,6 milyard dollar dəyərində silah müqaviləsi imzalayıb. İslamabad həmçinin Kiyevlə T-80UD tank parkının təmir etmək barədə razılığa gəlib. Müqavilə 85,6 milyon dollar təşkil edib. Keçən il Pakistan və Ukrayna hərbi əlaqələri, xüsusilə silah istehsalı, kadr hazırlığı, terrorla mübarizə və kəşfiyyat sahəsində əlaqələrin inkişaf etdirilməsi barədə razılığa gəliblər.

Nizami Bağırov