Xəbər lenti

Paris-2024-lə bağlı məxfi məlumatların olduğu noutbuk oğurlandı - Böyük təhlükə
Dünya 16:58 30.04.2024

Paris-2024-lə bağlı məxfi məlumatların olduğu noutbuk oğurlandı - Böyük təhlükə

Fransada Yay Olimpiya Oyunlarının təşkili ilə bağlı məxfi məlumatları ehtiva edən noutbuk logistika koordinatorundan oğurlanıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Europe 1" radiostansiyası məlumat yayıb.

Hadisə Lilldəki Pyer-Marua stadionunda baş verib. Noutbuk və rəsmi şəxsiyyəti təsdiq edən çantanın koordinatorun şəxsi avtomobilində olduğu bildirilir. Kompüterdə Lilldən cənub-şərqdə Villeneuve-d'Ascq kommunasında yerləşəcək Olimpiya kəndində təhlükəsizlik təşkilatı haqqında məlumatlar olub.

Eyni zamanda, koordinator iddia edir ki, onun keçidi qapıları açmır və məlumatlar noutbukun özündə deyil, serverdə saxlanılıb. Oğurluqdan dərhal sonra bu cihazdan məlumatlara giriş bloklanıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->