Payız-qış mövsümünə hazırlıqla bağlı Salyanda görülən işlər (VİDEO)
Salyan RQİİ üzrə 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına uyğun olaraq Salyan şəhəri, "Salyan 104" QTM-də pərakəndə şəkildə çəkilmiş daşıyıcı qaz kəmərlərinin bir mənbəyə gətirilməsi işləri başa çatdırılıb.
Qaynarinfo xəbər verir ki, "Bəydili", "Şorsulu" və "Təzəkənd-Kürsəngi" QPS-lərdən Salyan şəhərini qidalandıran daşıyıcı qaz kəmərləri yeni quraşdırılaraq diametri 530 mm kollektora birləşdirilib.
Payız-qış mövsümünə hazırlıq məqsədilə "Təzəkənd" QPS-dən qidalanan daşıyıcı qaz kəmərləri yeni quraşdırılaraq diametri 530 mm kollektora birləşdirilib. Bütün avadanlıqlar tikinti norma qaydalarına uyğun təyinatı üzrə qaz kəmərlərinin üzərinə köçürülüb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər