Dünya 09:31 09.05.2023

Peskov: "MDB liderləri qeyri-rəsmi səhər yeməyində görüşəcək"

Moskvaya Qələbə Paradına gəlmiş MDB ölkələrinin rəhbərləri Rusiya Prezidenti Vladimir Putinlə birlikdə Naməlum Əsgərin məzarı önünə əklillər qoyacaq, həmçinin qeyri-rəsmi səhər yeməyi süfrəsi arxasında əyləşəcəklər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, prezident Putin Qələbə Paradında çıxış edəcək.
"Dövlət başçıları onunla birlikdə tribunada olacaq. Bundan əlavə, Naməlum Əsgərin məzarı önünə birgə əklil qoyulacaq. Daha sonra dövlət başçıları üçün prezidentimizlə birlikdə qeyri-rəsmi səhər yeməyi planlaşdırılır”, - Peskov bildirib.

Alpər