Ölkə 17:39 06.07.2022

Pirili kəndində növbəti səyyar görüş oldu (FOTO)

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov  rayonumuzun Pirili kəndində növbəti səyyar görüş keçirib.

Görüşdə İcra başçısının müavinləri, şöbə müdirləri, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər. Seymur Orucov  Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı. O cümlədən Pirili kəndində də  qaz, işıq, içməli və suvarma suyu, yol məsələləri, təhsil, səhiyyə ocaqları kimi mühüm əhəmiyyətli sosial obyektlər daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə zəruri addımlar atıldığını qeyd etdi.

Səyyar qəbulda iştirak edən sakinlər İcra başçısına müraciətlərində kəndin elektrik təsərrüfatının yenidən qurulmasını, yeni məktəb binasının inşa edilməsi, telefonlaşmanın başa çatdırılması və kəndin körpələr evi-uşaq bağçasının əsaslı təmir olunması məsələlərini irəli sürüblər.

Sakinlərin  təklif və müraciətlərini qəbul edən rayon İcra hakimiyyətinin başçısı qaldırılan məsələlərin həll olunması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verdi.