Xəbər lenti

Polis aksiyaçıların yolunu bağladı, İrəvanda nəqliyyatın hərəkəti iflic oldu (VİDEO)
Dünya 15:52 29.04.2022

Polis aksiyaçıların yolunu bağladı, İrəvanda nəqliyyatın hərəkəti iflic oldu (VİDEO)

İrəvanın Respublika meydanında nəqliyyatın hərəkəti bir neçə dəqiqə ərzində iflic olub.

Qaynarinfo bu haqda Sputnik Ermənistan-a istinadla xəbər verir.

Məlumata görə, Polis yolun bir hissəsini bağlayıb və "Nikol, dayan!” avtoyürüş aksiyasının iştirakçıları hərəkət edə bilməyib. Meydandakı halqanın ətrafında onlarla avtomobil dayanaraq polisin hərəkətini gözləyib. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları bağlanan yolu açıb, mitinq iştirakçıları Tiqran Mets prospekti ilə hərəkət edərək hökumət binası qarşısında siqnal verməyə başlayıblar. 

Sputnik xatırladır ki, bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı danışıqlar prosesi ilə bağlı bir neçə səs-küylü bəyanatından sonra etiraz fəallığında artım baş verib.

Aprelin 25-dən "Müqavimət” hərəkatı yaradan müxalifət İrəvanda mərkəzləşdirilməmiş etiraz aksiyaları, eləcə də Ermənistanın müxtəlif bölgələrindən yürüşlər keçirir. Bundan əvvəl yürüşlər İcevandan (Tavuş rayonu), Tiqranaşendən (Ararat rayonu) başlayıb. Aprelin 28-də Aparan və Sərdarapatdan yürüşlər başlayıb. Müxalifətçilər və onların tərəfdarları mayın 1-də İrəvanda toplaşmağı planlaşdırır.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->