Ölkə 14:29 13.05.2022

Polis ehtiyatsızlıqdan özünü silahla öldürdü

Mayın 13-də Füzuli rayon Polis Şöbəsinin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.

DİN-in Mətbuat Xidmətindən Qaynarinfo-ya bildirilib ki, faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.