Dünya 20:22 19.12.2023

Polis mənzildə 1 milyard dollar dəyərində 722 kiloqram kokain tutdu (FOTO)

Şəxsi mülkiyyətə qanunsuz daxil olma ilə bağlı çağırışa cavab verən Sidney polisi eyni vaxtda bir neçə cinayətin üstünü açıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Mənzillərin birində 1 milyard dollar dəyərində 722 kq kokain aşkarlanıb. 

Zəng dekabrın 8-i bazar ertəsi səhər saatlarında Sidneyin şimalında yerləşən bir çoxmənzilli binadan gəlib. Hadisə yerinə gələn polis ətrafı və binanın özünü yoxlayıb. Yeraltı dayanacaqda içərisində dörd gəncin olduğu "Toyota Yaris" markalı avtomobil görünüb. Polis şübhələnib, belə ki, həmin şəxslər qara paltarda və maskada olublar. Avtomobilə baxış zamanı qapıları sındırmaq üçün alətlər, adətən quldurluq və ya adam oğurluğu zamanı istifadə olunan dəst aşkar edilib.

Həmin gün polis dörd nəfərin kimi oğurlayacağını müəyyənləşdirib və iddia edilən qurbanla hər şeyin qaydasında olduğunu yoxlamaq üçün həmin ünvana gedib. Lakin 24 yaşlı gənc polisləri görüncə qaçmağa çalışıb və eyvandan tullanıb. O, saxlanılıb və onun mənzilində axtarış zamanı polis 722 kq kokain aşkar edib. Bu, Yeni Cənubi Uels ştatının polisi tərəfindən indiyə qədər ələ keçirilən ən böyük kokain müsadirələrindən biridir, onun təxmin edilən dəyəri 1 milyard dollardır.

Nizami Bağırov