Dünya 09:44 23.08.2022

Politico: ABŞ gizli şəkildə Ukraynaya bəzi silah növlərini ötürüb...

"Politico" qəzetinin yazdığına görə, ABŞ hakimiyyəti Kiyevə hərbi yardımın bir hissəsi kimi açıqlanmayan bəzi silah növlərini ötürə bilər.
 
Qaynarinfo bu haqda Rosbalt-a istinadla xəbər verir.

Nəşrin yazdığına görə, Vaşinqtonda Amerika administrasiyasının Kiyevi məlumat verdiyindən daha çox silahla təmin etdiyi barədə "şayiələr” yayılıb. Xüsusilə, qəzetin qeyd etdiyi kimi, ötən cümə günü Pentaqonun sözçüsü keçirdiyi brifinqdə ABŞ-ın bir müddətdir, reklam etmədən HARM anti-radar raketlərini Ukraynaya ötürdüyünü etiraf edib. "Biz bunu anti-radar imkanları təmin etdiyimiz bir şey kimi təqdim etdik", - rəsmi deyib.

Bundan əlavə, nəşrin mənbələri iddia edir ki, Kiyevə ötən həftənin sonunda elan edilən yeni hərbi yardım paketinə Pentaqonun yeni tranşla bağlı rəsmi bəyanatında yer almayan Excalibur idarəolunan artilleriya mərmiləri də var.

Nəhayət, qəzet iddia edir ki, ABŞ administrasiyasının Kiyevə növbəti yardım paketinin ayrılması ilə bağlı Konqresə verdiyi rəsmi bildirişdə Vaşinqtonun Ukraynaya çatdırılmasının əlavə edilmiş siyahıda sadalananlarla "məhdudlaşdırılmadığı” qeyd edilir.

Nəşr qeyd edir ki, "bunların hamısı fərziyyələrdir”, çünki "administrasiyadan heç kim Ukraynaya məxfi silah tədarükünün mövcudluğunu təsdiqləməyib və hətta ona eyham vurmayıb”.

Alpər