Dünya 12:49 15.12.2022

Politico: Aİ və NATO Rusiyaya rəsmi çağırışa hazırlaşır: "Ukraynadan dərhal çıx"

Avropa İttifaqı və NATO yaxın vaxtlarda Rusiyanı Ukrayna ərazisini tərk etməyə çağıran rəsmi bəyanat dərc edə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Politico https://www.politico.eu/article/eu-nato-joint-pledge-back-ukraine-war-russia/ əldə etdiyi sənədə istinadən məlumat yayıb.

Diplomatik mənbələrin məlumatına görə, bu bəyanatın üzərində bir ildən artıq iş gedib, lakin Türkiyə ilə Kipr arasındakı çəkişmə səbəbindən onun dərci gecikib. Diplomatlar bildiriblər ki, sənədin yekun variantı gələn həftə və ya 2023-cü ilin əvvəlində yayıla bilər.

"Politico” qeyd edir ki, sənədin mətni "qeyri-adi” olsa da, onun dərci "əhəmiyyətli diplomatik nailiyyət” ola bilər. Xüsusilə, bəyanatın yekun variantında deyilir ki, Rusiya "Ukraynadan dərhal çıxmalıdır”. Bundan əlavə, sənədin müəllifləri "Ukraynanın müstəqilliyinə sarsılmaz və daimi dəstəyi” xatırlatmaq niyyətindədirlər.

Alpər