Dünya 10:25 06.07.2022

Politico: Pentaqon Rusiya və Çini havadan bu yolla izləyəcək

Pentaqon Rusiya və Çindən gələn hipersəs silahlarına nəzarət və onlara qarşı mübarizə vasitələrindən biri kimi hava ilə doldurulan aerostatlar hazırlayır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" departamentin büdcəsi ilə bağlı sənədlərə istinadən yazıb.

Nəşrin məlumatına görə, son iki ildə Pentaqon hava aparatlarının yaradılması layihələrinə təxminən 3,8 milyon dollar xərcləyib. Büdcə sənədləri layihəsinə əsasən, 2023-cü maliyyə ilində bu məqsədlər üçün 27,1 milyon dollar vəsaitin xərclənməsi nəzərdə tutulur.

Nəşr qeyd edir ki, ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin raket əleyhinə müdafiə layihəsinin direktoru Tom Karako 18-27 km hündürlükdə yerləşə bilən günəş panelləri ilə təchiz olunmuş şarlar və digər oxşar cihazları "uzun müddətli, çoxfunksiyalı və manevrlidir". Onlar ənənəvi təyyarələrin və peyklərin gördüyü işi tamamlaya bilər, eyni zamanda qurmaq və işə salmaq üçün daha az vaxt və pul tələb edir.

"Politico” xatırladır ki, Pentaqon "uzun illərdir” məlumat toplamaq, quru qoşunlarını rabitə ilə təmin etmək və peyklərlə bağlı problemləri aradan qaldırmaq üçün yüksək hündürlükdə hava şarlarını və pilotsuz uçuş aparatlarını sınaqdan keçirir. Xüsusilə, hələ 2019-cu ildə agentlik narkotik vasitələrin qanunsuz dövriyyəsini izləmək üçün 25 hava şarı buraxıb.
 
Alpər