Xəbər lenti

Polşada Qrimm qardaşlarının yeni nağılları olan 27 orijinal cild tapıldı (FOTO)
Sənət 23:34 02.05.2024

Polşada Qrimm qardaşlarının yeni nağılları olan 27 orijinal cild tapıldı (FOTO)

Polşanın Poznan şəhərindəki Adam Mitskeviç adına Universitetinin kitabxanasında alimlər Qrim qardaşlarının şəxsi kolleksiyasından əvvəllər itmiş hesab edilən 27 orijinal cild tapıblar. 

Qaynarinfo "Daily Mail”ə istinadən xəbər verir ki, kitablarda yazıçıların "Henzel və Qretel" və "Rumpelştiltshen" kimi hekayələr üçün mövzuları necə seçdiklərini açıqlaya biləcək əlyazma qeydləri var.

"Tapılan cildlər Qrimm qardaşlarının yaradıcılığına dair müasir tədqiqatların inkişafına mühüm töhfə verə bilər və kolleksiyada Yakob və Vilhelmin şəxsi kitabxanasından itmiş hesab edilən digər əşyaların da olduğuna ümid verə bilər”, deyə tədqiqatçılar yazır. 

Kitablar 1700-1800-cü illərə aiddir və cəsur cəngavər və Magelona adlı şahzadə haqqında nağıl kimi əvvəllər oxunmamış yeni nağılları ehtiva edir. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->