Rusiya Pravoslav Kilsəsinin nümayəndələri tatu etdirən insanların şeytanla əlaqəli olduğunu iddia ediblər. Onların fikrincə, məhz tatulara görə insanlar narkotik asılılığına düçar olur və həyatlarını məhv edirlər.
Qaynarinfo xəbə rverir ki, bu barədə 11 iyun tarixində Rusiya mediası məlumat yayıb. Sitatlar "Tatular nə qədər təhlükəlidir? Şeytan üçün bədən” adlı proqramda səsləndirilib və Rusiyanın pravoslav yönümlü "Spas” telekanalında
yayımlanıb.
Verilişin aparıcılarının sözlərinə görə, tatular vasitəsilə şeytan insanın ruhuna birbaşa çıxış əldə edir və ona hökmranlıq etməyə başlayır. Misal olaraq rusiyalı ifaçılar Nargiz və Morqenşternin adları çəkilib. Bildirilib ki, Nargizin "Vudu ayinləri ilə bağlı ölüm tatuları”, Morqenşternin isə bədənində "simvolik 666” işarəsi var.
Rusiya mediasında "prodüser və musiqi tənqidçisi” kimi təqdim olunan Pavel Rudenko isə bildirib: "Bu artistlər müəyyən bir təbliğat yayırlar. Məncə, onların çoxu bunu pula görə edir. Cəmiyyətimizi daxildən çürüdən bu Qərb qarmağını yerinə yetirirlər”.
Pravoslav keşişi Aleksandr Nikolskinin sözlərinə görə, bədəninə tatu etdirən insan "şərin özü ilə oynayır”. Onun iddiasına əsasən, belə insanlar sonradan narkotik asılılığına tutulur, gecələr "ağlayıb ulayır”, nəticədə isə həyatını itirir:
"İnsan tatu etdirəndə nəyin içində olduğunu anlamır. O, elə bilir ki, populyarlıq, şöhrət, pul qazanacaq, amma əslində özünü məhv edir. Təsadüfi deyil ki, bu yolla gedən musiqiçilərin bir çoxu narkotikə aludə olur və tez-tez artıq dozadan ölürlər. Bütün bunlar təsadüfi deyil”.
Digər rusiyalı keşiş isə iddia edib ki, Rusiya ordusunun əsgərləri Ukrayna müharibəsində kütləvi şəkildə ona görə ölürlər ki, ana söyüşü söyürlər.
Alpər
Şərhlər