İdman 18:01 16.04.2023

Premyer Liqa: Şamaxıda hesab açılmadı

Azərbaycan Premyer Liqasında XXX daha bir oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, "Sumqayıt" Şamaxıda eyniadlı komandanın qonağı olub. Qarşılaşmada qapılara qol vurulmayıb.

Bu heç-heçədən sonra xallarını 25-ə çatdıran "gənclik şəhəri" təmsilçisi 8-ci, 22-ci xalını qazanan bölgə klubu isə 9-cu pillədəki mövqeyini qoruyub.

Tura bu gün keçiriləcək "Sabah" - "Qarabağ" oyunu ilə yekun vurulacaq.

Qeyd edək ki, XXX turun əvvəlki matçlarında "Zirə" evdə "Səbail"ə 3:1, "Qəbələ" səfərdə "Neftçi"yə 2:1, "Kəpəz" isə Qəbələdə "Turan Tovuz"a 1:0 hesabı ilə qalib gəlib.