İdman 18:06 27.11.2022

Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib.

Qaynarinfo-nun məlumatına görə, günün yeganə matçında "Neftçi" "Səbail"i qəbul edib.

Qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin qollarını 27, 51 və 77-ci (hər ikisi penalti) dəqiqələrdə kapitan Emin Mahmudov vurub. "Dənizçilər"də Rafael Məhərrəmli 63-cü dəqiqədə fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. "Səbail" 10 xalla yeddinci sıradadır.

Qeyd edək ki, XV turun "Şamaaxı" - "Kəpəz" və "Qarabağ" - "Zirə" oyunları noyabrın 28-də, "Turan Tovuz" - "Sabah", "Sumqayıt" - "Qəbələ" görüşləri isə noyabrın 29-da olacaq.