Xəbər lenti

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi
Ölkə 20:00 09.03.2026

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi

Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb, qardaş Türkiyə xalqına dəstəyini ifadə edib.

Rəcəb Tayyib Ərdoğan telefon zənginə və mövqeyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
--> -->