Ekonomiks 15:02 16.05.2022

Prezident nazirliyə 5 milyon manat ayırdı

Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Təhsil Nazirliyinə 5 milyon manat ayırılıb.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Maliyyə Nazirliyi bu Sərəncama uyğun olaraq maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.