Dünya 17:42 17.05.2023

Prezident seçkiləri yaxınlaşdıqca Bayden Tramp üzərində liderliyini qoruyur

ABŞ-ın hazırkı prezidenti Co Bayden 2024-cü il seçkiləri yaxınlaşdıqca Respublikaçı rəqibləri Donald Tramp və Ron DeSantis üzərində üstünlüyünü qorumağa davam edir.

Qaynarinfo xəbər verir ki, bunu Reuters/Ipsos-un keçirdiyi sorğunun məlumatları sübut edir.

Qeydiyyatdan keçmiş seçicilər arasında prezident Bayden son bir neçə ayda ortaya çıxan liderliyi qoruyaraq, hipotetik ikinci turda altı faiz bəndi ilə (44% - 38%) sələfini keçir. 

Eyni zamanda, sorğu göstərir ki, ABŞ-ın cənub sərhədində vəziyyət pisləşərsə, Bayden müəyyən çətinliklərlə üzləşə bilər.

Bundan əvvəl məlumat verilmişdi ki, Morning Consult sorğusunun nəticələrinə görə, Respublikaçılar Partiyasının praymerizlərində potensial seçicilərin 61%-i ABŞ-ın keçmiş prezidenti Donald Trampı dəstəkləyir.

Xatırladaq ki, aprelin 25-də ABŞ-ın hazırkı prezidenti Co Bayden 2024-cü il seçkilərində ikinci dəfə prezidentliyə namizəd olmaq niyyətini rəsmən bəyan edib.

Nizami Bağırov