Siyasət 14:37 13.12.2022

Prezident Zakir Həsənova yeni müavin təyin etdi (FOTO)

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.
 
Qeyd edək ki, hazırda müdafiə naziri general-polkovnik Zakir Həsənovdur.