Dünya 15:30 09.05.2023

Putin dünyadan gileyləndi: “Yenidən Rusiyaya qarşı əsl müharibə başlayıb”

"Rusiyaya qarşı yenidən əsl müharibə başlayıb, lakin Rusiya Federasiyası özünü və Donbası müdafiə edəcək”.

Qaynarinfo xəbər verir ki, bunu Prezident Vladimir Putin Qırmızı Meydanda Qələbə Paradında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, "sivilizasiya növbəti dəfə həlledici dönüş nöqtəsindədir”. Rusiya lideri həmçinin "Qərb qlobalist elitasını” "insanları oynatmaqda və cəmiyyətləri parçalamaqda, qanlı münaqişələr və çevrilişlər törətməkdə, nifrət, rusofobiya, aqressiv millətçilik toxumu səpməkdə” ittiham edib.

Putinin sözlərinə görə, onlar həm də ailəni, insanı şəxsiyyət edən ənənəvi dəyərləri bütün bunları diktə etməkdə davam etmək və öz iradəsini, hüquqlarını, qaydaları xalqlara tətbiq etmək üçün məhv edirlər.

Rusiya prezidenti çıxışında Rusiya dövlətçiliyinin gələcəyinin Ukraynadakı hərbi əməliyyatın iştirakçılarından asılı olduğunu vurğulayıb.

"Salam, dostlar! Döyüş meydanında Rusiya uğrunda vuruşan, indi döyüş postunda olan hər kəsi salamlayıram. Böyük Vətən Müharibəsi illərində qəhrəman əcdadlarımız sübut etdilər ki, bizim birliyimizdən güclü, qüdrətli və etibarlı heç nə yoxdur. Dünyada bizim Vətən sevgimizdən güclü heç nə yoxdur. Rusiya naminə! Şücaətli Silahlı Qüvvələrimiz naminə! Qələbə naminə!", - Rusiya Federasiyasının Prezidenti deyib.

Alpər