Xəbər lenti

Putin Maskı təriflədi, Trampın müdafiəsinə qalxdı
Dünya 15:28 12.09.2023

Putin Maskı təriflədi, Trampın müdafiəsinə qalxdı

Rusiya lideri Vladimir Putin Tesla və SpaceX-in qurucusu İlon Maskı istedadlı və görkəmli şəxs adlandırıb, həmçinin ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı aparılan araşdırmaların "siyasi səbəblərə görə təqib” olduğunu deyib.

Qaynarinfo xəbər verir ki, Putinin Maskla bağlı açıqlaması Maskın 2022-ci ildə öz mühəndislərinə Ukrayna Müdafiə Qüvvələrinin təcavüzkar Rusiyanın hərbi dəniz donanmasına hücumunun qarşısını almaq üçün işğal olunmuş Krım sahillərində Starlink peyk şəbəkəsini bağlamağı gizli şəkildə əmr etdiyi xəbər fonunda yayılıb.
"İlon Maskın şəxsi biznesinə gəlincə, o, şübhəsiz ki, görkəmli insandır, bunu etiraf etmək lazımdır. Düşünürəm ki, bu, bütün dünyada tanınır. Aktiv və istedadlı iş adamıdır. O, çox şey edir, o cümlədən Amerika dövlətinin dəstəyi ilə”, - diktator çərşənbə axşamı, sentyabrın 12-də Şərq İqtisadi Forumu zamanı deyib.

Putin həmçinin bildirib ki, Trampa qarşı qaldırılan işlər guya "siyasi səbəblərə görə təqib”dir və "Amerika siyasi sisteminin çürüklüyünü” göstərir.

"Trampın mühakimə olunmasına gəlincə, bizim üçün bugünkü şəraitdə baş verənlər, mənim fikrimcə, yaxşıdır, çünki bu, Amerika siyasi sisteminin çürüklüyünü göstərir”, - o deyib.

Putin əlavə edib ki, Birləşmiş Ştatlar "başqalarına demokratiya öyrədə” bilməz.
Donald Trampa qarşı artıq dörd cinayət işi üzrə ittiham irəli sürülüb.

Əvvəllər o, xüsusən də porno ulduz Stormi Danielsə susmaq üçün pul ödənilməsini gizlətməyə görə məxfi sənədləri qanunsuz saxlamaqda və hesabatları saxtalaşdırmaqda ittiham olunub.

O, həmçinin 2020-ci il Corciya ştatındakı seçkilərin nəticələrini ləğv etmək cəhdləri ilə bağlı ondan artıq ittihamla üzləşib.


Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->