Dünya 15:25 27.12.2022

Putin MDB ölkələrinin liderlərinə üzük hədiyyə etdi

Yeni il ərəfəsində Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin qeyri-rəsmi sammitinin iştirakçılarına Birlik rəmzləri olan üzüklər hədiyyə edib. MDB-nin doqquz lideri arasında üzüyü dərhal Belarus prezidenti Aleksandr Lukaşenko taxıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” məlumat yayıb.

Ağ və sarı qızıla bənzər metaldan hazırlanmış hər bir üzükdə MDB-nin simvolları və "Yeni iliniz mübarək 2023” təbriki var. Bundan əlavə, üzükdə sammitin keçirildiyi ölkənin adı göstərilir - Rusiya.

Üzüklərin sahibləri Putin və Lukaşenkodan başqa, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev, Qırğızıstan Prezidenti Sadır Caparov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, habelə Özbəkistan prezidenti Şəvkət Mirziyoyev və Ermənistanın baş naziri Nikol Paşinyandır.

Nizami Bağırov