Dünya 11:12 17.10.2023

Putin Si Szinpinlə danışıqlar aparmaq üçün Çinə uçdu (VİDEO)

Rusiya prezidenti Vladimir Putin bazar ertəsi, oktyabrın 17-də Çin Xalq Respublikasının sədri Si Sznpinin dəvəti ilə iki günlük səfər üçün Pekinə gedib. O, Çinə səfəri zamanı "Bir kəmər, bir yol” forumunda çıxış edəcək.

Qaynarinfo xəbər verir ki, səfərin ilk günündə dövlət başçısının forumda iştirak edən həmkarları ilə də ikitərəfli görüşləri olacaq. Vyetnam prezidenti, Tailandın baş naziri, Monqolustan prezidenti və Laos prezidenti ilə danışıqlar planlaşdırılır.

Putin forumda iştirak edən nümayəndə heyətlərinin başçıları, Çin sədri Si Szinpin və xanımı Penq Liyuanla rəsmi görüş mərasimində də iştirak edəcək.

Bundan əlavə, Rusiya lideri forumun açılış mərasimində iştirak edəcək. Bundan sonra Rusiya-Çin danışıqları planlaşdırılır, daha sonra Putin forum çərçivəsində bir sıra görüşləri davam etdirəcək.

Alpər