Dünya 17:30 11.05.2023

Putinin yeni tələsi: Rusiya Gürcüstan vətəndaşları üçün vizanı ləğv edir və birbaşa reysləri bərpa edir

Mayın 10-da Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi və bu ölkə ilə 2019-cu ildə dayandırılmış hava nəqliyyatının bərpası haqqında fərmanlar imzalayıb. Gürcüstan parlamentinin spikeri Bidzina İvanişvilinin "Gürcü Arzusu” partiyasından olan Şalva Papuaşvili bildirib ki, Gürcüstan iki ölkə arasında münasibətləri gərginləşdirməmək üçün "əhalimizin milli maraqlarına əsaslanaraq Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək".

Gürcüstan prezidenti Salome Zurabişvili öz Twitter hesabında yazıb ki, bu qərarlar təxribatdır və "Rusiya Ukraynaya qarşı təcavüzünü davam etdirdikcə” və Gürcüstanın özünün ərazisini işğal altında qaldıqca belə hallar qəbuledilməzdir. Bundan sonra o, "daxili tələblərə əsaslanaraq” Gürcüstan Təhlükəsizlik Şurasının çağırılmasını və Rusiya vətəndaşları üçün üç aylıq vizaların tətbiq edilməsini istəyib. Onun sözlərinə görə, Gürcüstan qonaqpərvər ölkədir və artıq bir ildir ki, hamını qəbul edir, lakin  istisna hallar mövcuddur.

"Bu gün Gürcüstanda yaşayan uşaqlara gürcü dilinin öyrədilməsi ilə yanaşı məcburi olmayan rusdilli uşaq bağçalarının açılması mümkün deyil”, - o, xüsusilə vurğulayıb.

Adının açıqlanmasını istəməyən Rusiyalı aviasiya eksperti "The Insider”ə bildirib ki, Gürcüstana uçuşların bərpası qərarında siyasət və iqtisadiyyat bir-birinə qarışıb. Onun fikrincə, problemin iqtisadi komponenti ondan ibarətdir ki, bu ölkə Rusiyalı turistlər və Rusiyadan köçmək istəyənlər üçün məşhur istiqamətdir ki, bu da Rusiya aviaşirkətlərinə başqa gəlir mənbəyi əldə etməyə imkan verəcək.

Eyni zamanda aviasiya eksperti qeyd edib ki, Gürcüstan bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalara uyğun olaraq Rusiyanın Qərb tərəfindən sanksiyaya məruz qalan xaricdə istehsal edilən təyyarələri öz hava məkanına buraxmayacaq.

Buna görə də uçuşlar tezliklə uçmağı dayandıracaq Rusiyanın SuperJet təyyarələrində mümkün olacaq, çünki onlar təmir və texniki xidmət tələb edən SaM146 mühərrikləri ilə təchiz olunublar. Onlar Rusiya-Fransa birgə şirkəti PowerJet tərəfindən istehsal edilib. Rusiyada onların təmiri mümkün deyil. 

Bununla belə, ekspertin qeyd etdiyi kimi, ora uçmaq imkanı olacaq aviaşirkətlər müəyyən qədər pul qazanmağa çalışacaqlar. Bundan əlavə, o xatırladır ki, bu yolla polislər və FSB-nin "E” mərkəzinin əməkdaşlarının bir çox rus müxalifət fəallarının və siyasətçilərinin köçdüyü Gürcüstana getməsi daha rahat olacaq.
Gürcüstan parlamentinin Vahid Milli Hərəkat Partiyasından olan deputatı David Xacişvili, öz növbəsində, Rusiya aviaşirkətlərinin sanksiyalar altında olduğunu, "hətta korrupsioner Gürcüstan hökumətinin” belə tanıdığını vurğulayır. Ona görə də, onun fikrincə, nəzəri olaraq bunu yalnız Gürcüstan aviaşirkətlərinin təyyarələri edə bilər. Eyni zamanda o qeyd edib ki, partiyası bu cür şirkətlərin sanksiyalara məruz qalması üçün hər şeyi edəcək.
Gürcüstan Daxili işlər nazirliyinin məlumatına görə, 2022-ci ilin yanvarından sentyabrın sonuna kimi ölkədə 112,7 min Rusiya vətəndaşı yaşayır ki, bu da onun ümumi əhalisinin təxminən 3%-ni təşkil edir. Eyni zamanda, ümumilikdə Rusiyadan bir milyondan çox insan sərhədi keçib.

Xacişvili bildirir ki, Rusiya ilə Gürcüstan arasında hava əlaqəsinin açılması gürcü biznesi üçün müsbət hal olsa da, müharibə şəraitində bu, qəbuledilməzdir.
David Xacişvili deyib ki, "əgər Gürcüstanda normal qərbyönlü hökumət olsaydı və biz FSB və ya QRU-nun casusları və agentlərinin ölkəmizə  gəlməyəcəyinə əmin olsaydıq, onda rusları və digər turistləri görməyə ancaq şad olardıq”. 

Deputatın sözlərinə görə, "ruslarla birlikdə işləyən və bu 10 il ərzində Gürcüstanda bir rus casusunu aşkar etməyən” Gürcüstan təhlükəsizlik xidməti ilə bağlı şübhələr böyükdür. O, qeyd edir ki, əslində, onların sayı çoxdur. Hava əlaqəsinin açılması sayəsində Qərb ölkələrinin tətbiq etdiyi anti-Rusiya sanksiyalarından yan keçməyin yolları da tapılacaq.

Xacişvili Putinin Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq etməsini Gürcüstanın Rusiya ilə hava əlaqəsini açmaq üçün bəhanə kimi qiymətləndirir. "Əgər onlar öz şirkətlərinə uçmağa icazə versəydilər, o zaman Gürcüstan birbaşa reyslər aça bilməzdi, çünki bu, səbəb deyil, gürcülərlə viza rejiminin ləğvi artıq səbəbdir”, - o, şərh edir.

İvanişvilinin gürcü biznes klanına yaxın olan Rusiyalı siyasi texnoloq "The Insider”ə təsdiq edib ki, bu qərar həm Rusiya kəşfiyyat xidmətləri, həm də hazırkı Gürcüstan hakimiyyəti üçün faydalıdır:”Rusiya Federasiyasından gələn bu "liberal zibil” gürcüləri çox bezdirir və onlar narazıdırlar. Hər kəs istədiyini alacaq. Qaçaq rusları qovacaqlar - bəziləri qayıdacaq. FSB Gürcüstan hakimiyyətinə asayişi bərpa etməyə, axınları nəzarətə götürməyə, erməniləri daha da gücləndirməyə kömək edəcək, ümumiyyətlə, kriminalın ora-bura hərəkəti başlayacaq. Hər kəs üçün müsbət olacaq”. 

Bundan əlavə, siyasi texnoloq hesab edir ki, Ermənistan və Gürcüstan Hindistanın yaratmağı təklif etdiyi Şimal-Cənub ticarət dəhlizinə "mükəmməl inteqrasiya olunub”. O, Azərbaycandan və Süveyş kanalından yan keçməklə Mumbayı Rusiya və Avropa ilə birləşdirməlidir. Belə olan halda "qüvvələr pariteti” yaranacaq və Azərbaycanın Qarabağı nəzarətə alması o qədər də asan olmayacaq. 

Gürcü politoloqu Gela Vasadze xatırlayır ki, 22 il ərzində Gürcüstanı Rusiyadan qoparmaq üçün hər şeyi edən Putin və onun hökuməti olub.

O xatırladır ki, viza rejimi Rusiya tərəfindən 2001-ci ildə, Gürcüstan rus qoşunlarının gürcü çeçenlərinin kompakt yaşadığı Pankisi dərəsinə buraxılmaması zamanı tətbiq edilib.
Gela Vasadze hesab edir ki, "indi, Gürcüstanın Aİ ilə artıq vizasız rejim tıtbiq edilib. 22 il ərzində nəsil dəyişdikliyi baş verib və gənclər sadəcə rus dilini bilmirlər, çünki rus dili lazım deyil. Onlar Rusiyaya oxumağa, işləməyə getməyəcəklər. Burada deyirlər ki, viza rejimi ləğv olunub”.

O, eyni zamanda vurğulayır ki, Rusiyanın Gürcüstanda təsiri bir şəxsə - Bidzina İvanişviliyə şamil edilir. Onun sözlərinə görə, sosiologiya təsdiq edir ki, ölkə əhalisinin cəmi 5%-i Rusiyanı düşmən ölkə hesab etmir. "Beləliklə, Putin bütün bu nalayiq təklifləri öz çantasında saxlaya bilər”, - Vasadze yekunlaşdırır.
Onun sözlərinə görə, Rusiya ilə Gürcüstan arasında birbaşa hava əlaqəsi bərpa olunarsa, gürcü xalqının buna cavabı olacaq.

David Xacişvilinin fikrincə "insanlar Rusiyanın xarici agentlər haqqında qanununa qarşı çıxdıqları kimi küçələrə çıxacaqlar. Gürcü xalqı bir daha öz maraqlarını müdafiə edəcək, sivil dünyanın tərəfində duracaq və bir daha göstərəcək ki, Gürcüstanda belə bir hal olmamalıdır”.

Nizami Bağırov