Xəbər lenti

Qadın alveri ilə məşğul olan qadın cərimə olundu
Ölkə 19:19 22.05.2024

Qadın alveri ilə məşğul olan qadın cərimə olundu

Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanında yerləşən "Astoria" hotelində qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilən şəxsə cəza verilib.

Qaynarinfo-nun məlumatına görə, 2002-ci il tarixdə Quba rayonu, II Nügədi kəndində anadan olmuş Aytac Cəfərova (soyad şərti) Rəsul adlı tanışından 300 manat alaraq, Pərvanə və Jana adlı tanışlarını sözügedən otelə göndərib. 

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 16 dekabr 2023-cü il tarixdə saat 06:50 radələrində qeyd olunan hotelin 120 nömrəli kotecində əməliyyat-axtarış tədbiri keçirilib. Sonuncunun Aytaca verdiyi 300 manat məbləğində pul əməliyyat tədbiri zamanı götürülüb. 

Aytac da zərərçəkmiş qadınların ifadəsi əsasında saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə cinayət işi açılıb, 4 ay 21 gün həbsdə saxlanılıb. 

Məhkəmədə əməlindən peşman olan Aytac hakimdən barəsində yüngül cəza təyin edilməsini xahiş edib. O, Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 3000 manat cərimə edilib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->