İdman 11:55 22.11.2022

Qadının içkisinə narkotik qatıb ona təcavüz edən məşqçi saxlanıldı

NBA-da Lebron Ceyms, Stiven Karri, Kevin Durant, Derrik Rouz və Karmelo Entoni kimi bir çox ulduzları çalışdırmış məşqçi Rob Makklanaqan həbs edilib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssis qadının içkisinə narkotik maddə qatıb daha sonra ona təcavüz etməkdə ittiham olunur.

Boston Polis Departamentinin hesabatına görə, Rod-Aylenddə baş verən hadisədə 43 yaşlı məşqçi adı açıqlanmayan qadının içkisinə narkotik qatıb. Polis rəsmiləri narkotikin təcavüzkarların istifadə etdiyi bir maddə olduğunu açıqlayıb. Dərmanın yer və zaman anlayışının itirilməsi, huşunu itirməsi, qısa müddətli iflic kimi təsirləri olduğu bildirilib. Makklanaqan içkinin təsiri altına düşəndən sonra qadına təcavüz edib.

Qadının şikayəti ilə nəzarətə alınan məşqçinin həbsi üçün məhkəmə qarşısına çmıxarılacağı bildirilib.

Səbuhi Həsənov