Video 23:35 26.03.2022

Qar Şamaxıda evin dam örtüyünü çökdürdü (VİDEO)

Şamaxıda bir neçə gün davam edən qar bir sıra fəsadlar törədib. Evin dam örtüyü yığılıb qalan qarın ağırlığına tab gətirməyib. Dam örtüyü çöküb.

Hadisə rayonun Qızmeydan kəndində Cəbrail Cəbiyevə məxsus yeni tikilmiş evdə baş verib.

Hadisə zamanı evin 2-ci  mərtəbəsi tamamilə dağılıb, bircinci mərtəbəsində yeni təmir olunmuş otaqlara ziyan dəyib. Otaqların divarlarında çatlar yaranıb. Evin tavanı, döşəməsi və içərisindəki əşyalar suyun altında qalıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Evin dam örtüyünün bir hissəsi uçaraq qonşunun həyətinə düşüb. Nəticədə elektrik naqilləri qırılıb, həyətyanı sahəyə ziyan dəyib.

Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndəsi Rəşad Əliyev deyib ki, rəsmilər sözügedən ünvana baxış keçiriblər. Onun sözlərinə görə, hazırda sənədləşmə işləri aparılır. İşlər bitdikdən sonra muvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.//Xəzər TV