"Qarabağ" 1 milyon dollara futbolçu transfer etdi (VİDEO)
"Qarabağ" Braziliyadan futbolçu transfer edir.
Qaynarinfo "ne45.com.br" saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi "Nautiko" klubundan Rhaldneylə anlaşıb. 24 yaşlı yarımmüdafiəçi iyulun 1-də komandanın düşərgəsində olacaq.
"Qarabağ" bu transferə görə "Nautiko" klubuna 1 milyon dollara yaxın təzminat ödəyəcək.
Qeyd edək ki, Raldney "Nautiko"nun yetirməsidi. O, cari mövsümdə oynadığı 21 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" ona 600 min avro qiymət qoyub.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər