İdman 10:55 25.06.2023

"Qarabağ" Avstriyadakı bu komandalarla yoxlama oyunu keçirəcək

"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışında yoxlama oyunu keçirəcəyi bütün rəqiblər müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan çempionu ilk oyununu iyunun 27-də Macarıstanın "Ferentsvaroş", ikinci matçını iyulun 1-də Polşanın "Legiya" klubuna qarşı keçirəcək.

"Qarabağ"ın toplanış zamanı son oyunu Bolqarıstanın MOİK (Sofiya) klubuna qarşı olacaq. Bu matç iyulun 8-də baş tutacaq.

Aydın