İdman 22:23 12.05.2022

"Qarabağ"dan böyükhesablı qələbə

Azərbaycan Premyer Liqasında 16-cı turdan təxirə salınmış oyun keçirilib.

Qaynarinfo xəbər verir ki, "Qarabağ" "Azərsun Arena"da "Sumqayıt"ı qəbul edib. Görüş Ağdam təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 5:0. Qolları Filip Ozobiç (4), Patrik Andrade (11), Kadi Borqes (30, 52) və İbrahima Vadji (31) vurub.

Bu oyuna qədər artıq çempionluğu təmin etmiş Qurban Qurbanovun komandası "Sumqayıt" üzərindəki qələbədən sonra xallarının sayını 63-ə çatdırıb. 

Səbuhi Həsənov