Xəbər lenti

İdman 23:41 27.07.2022

"Qarabağ"dan daha bir böyük uğur

"Qarabağ” növbəti avrokubok oyununu keçirib.

Qaynarinfo-nun məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşünə çıxıb.

"Sürix”lə İsveçrədəki görüş Qurban Qurbanovun yetirmələri üçün uğursuz başlayıb. Azərbaycan çempionunun kapitanı Maksim Medvedev erkən avtoqol müəllifi olub.

Buraxılan qoldan sonra rəqib qapısına hücumlar edən "Qarabağ” istəyinə ikinci hissənin əvvəlində çatıb. Rəqibin kobud səhvindən yararlanan Kadi Borqes meydan sahiblərini məyus edib.

Təmsilçimiz iki oyunun cəmindəki üstünlüyünü matçın uzatma dəqiqələrində əldən verib. Final fitinə 2 dəqiqə qalmış buraxılan top oyunu əlavə vaxta aparıb.

Birinci əlavə hissənin ortalarında "Qarabağ” bərabərlik qolunu vurub. Ovusu Kvabena İsveçrədə yenidən tarazlıq yaradıb – 2:2.

Bu, "Qarabağ”ın yeni mövsümdə ilk heç-heçəsi olub. Səfərdə əldə olunan bərabərlik Azərbaycan çempionunu III təsnifat mərhələsinə daşıyıb. Ötən həftə Bakıda 3:2 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin növbəti rəqibi bu gün keçirilən "Ferensvaroş” – "Slovan” duelində bəlli olacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 2-3-də və 9-da keçiriləcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunu

27 iyul
Sürix (İsveçrə) - Qarabağ (Azərbaycan) 2:2
Qollar: Maksim Medvedev, 4. İvan Santini, 90+5 - Kadi, 56. Ovusu Kvabena, 98.
Sürix: 25. Yanik Brexer 2. Lindrit Kamberi 3. Adrian Gerrero, 6. Fidan Aliti, 8. Ule Selnes, 10. Antonio Markesano, 17. Şeyk Konde, 19. Nikola Boraniyaşeviç, 22. Vilfred Qnonto, 23. Fabian Roner, 31. Mirlind Kryeziu.
Ehtiyat oyunçular: 1. Jivko Kostadinoviç, 34. De Nitti, 4. Beçir Omeragiç, 7. Bledian Krasniqi, 9. İvan Santini, 11. Jonatan Okita, 15, Ayequn Tosin, 16. Mark Hornşu, 28. Karol Mets, 33. Ştefan Zayler, 39. Akakiy Qogia.
Baş məşqçi: Franko Foda.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 6. Julio Romao, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Allard Lindhaut, Çarlz Şaap, Roy de Nas, Yerun Manshot (Niderland).
Sürix, "Letsiqrund" stadionu.
İlk oyun - 2:3.

Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində "Slovan" (Bratislava, Slovakiya) - "Ferentsvaroş" (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Uduzun komanda isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Budyo Qlimt" (Norveç) - "Linfild" (Şimali İrlandiya) cütünün məğlubu ilə görüşəcək.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->