İdman 15:15 28.04.2023

"Qarabağ"ın daha bir oyununun vaxtı dəyişdirildi

Ölkə çempionatının lideri "Qarabağ”ın daha bir matçının vaxtı dəyişdirilib.

Qaynarinfo Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, Ağdam təmsilçisinin 33-cü turda "Qəbələ” ilə matçı öncədən nəzərdə tutulduğu kimi, mayın 6-da deyil, 8-də oynanılması ilə bağlı qərar verilib.

32-ci turda "Neftçi” – "Qarabağ” görüşü aprelin 30-dan mayın 2-nə təxirə salındığından, ağdamlıların bir tur sonra oynayacağı "Qəbələ” ilə matçın vaxtı da dəyişdirilib. 

"Azersun Arena”da "Qarabağ” - "Qəbələ” oyunu saat 20:00-da start götürəcək.
 
Səbuhi Həsənov