İdman 20:25 22.10.2022

"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Frayburq" Almaniya Bundesliqasında növbəti oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, Kristian Ştrayxın baş məşqçi olduğu komanda XI turda "Verder"i qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Frayburq"un ilk qolunu 56-cı dəqiqədə Lukas Kübler, ikinci qolunu isə 80-ci dəqiqədə Vinçentso Qrifo vurub.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran komanda üçüncü pillədə qərarlaşıb. Qonaqlar isə 15 xalla 11-ci sıradadır.

Qeyd edək ki, "Qarabağ" G qrupundakı ilk oyununu Almaniyada "Frayburq"a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında VI tur matçı noyabrın 3-də Bakıda olacaq.